- İngiltərə P.L.
- 16:12 31.01.2026
“Manchester City”nin baş məşqçisi Pep Guardiola İngiltərə Premyer Liqasında “Manchester United”lə keçirəcəkləri oyundan əvvəl açıqlama verib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis, Premyer Liqada çempion olmaq istədiyini deyib: “Manchester United”i bu gün ən yaxşı oyunu ilə gözləyirəm. Futbolçular əllərindən gələni edəcəklər. Biz də bu oyuna yaxşı hazırlaşmışıq Mənim üçün vacib olan Premyer Liqa çempionluğunu qazanmaqdır. Artıq üç mövsümdür ki, burdayam və hər keçən il daha da yaxşı olduğumuzu düşünürəm. Amma hazırda hər şey çempionluğa bağlıdır, “Manchester United”i məğlub etməyə deyil”.
“Qırmızı şeytanlar”a qarşı son 7 səfər oyununun 5-də qalib gəlmələrinə toxunan ispaniyalı mütəxəssis, “Old Trafford”da oynamaqdan çəkinmədiklərini deyib: "Hər oyun bir-birindən fərqlidir. Bu klub son 10 ildə çox böyüdü və artıq “Old Trafford” deyə, bir qorxumuz yoxdur. Bəlkə də, əvvəllər bu səfər çətin idi. Amma komandamızın futbolçuları və məşqçiləri son 10 ildə şərtləri bərabərləşdirdi”.
Qeyd edək ki, “Manchester United” – “Manchester City” oyunu bu gün, saat 23:00-da start götürəcək.