12 may 2026. Çərşənbə axşamı

Lempard Liverpul'la matçın hakimlərindən narazıdır


Lempard Liverpul'la matçın hakimlərindən narazıdır
“Everton”un baş məşqçisi Frenk Lempard İngiltərə Premyer Liqasının 34-cü turunda baş tutan Mersisayd derbisində (1:2) “Liverpul”un qapısına penalti təyin olunmamasına etiraz edib. Corner.az “Sky Sports”a istinadən xəbər verir ki, 43 yaşlı çalışdırıc hakimlərin “Liverpul”a kömək etdiyini bildirib:
 
“İkinci hissədə açıq aşkar penalti var idi. Düşünmürəm ki, belə oyunlarda bizə penalti versinlər. Amma Məhəmməd Salah bunu meydanın başqa bir tərəfində etsəydi, mütləq ki, həmin penalti veriləcəkdi.
 
Mən münaqişə yaratmaq istəmirəm. Sadəcə bəzən belə şeylərin futbolun reallığına çevrildiyini düşünürəm. Bəlkə də, Premyer Liqanın ən yaxşı klublarında çıxış edəndə və arxanda azarkeş izdihamı olanda daha çox şansı sən əldə edirsən…”
 
“Liverpul” Premyer Liqada 33 oyundan sonra 79 xalla ikincidir. Everton isə 29 xalla 18-ci yerdədir.






İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi