23 mart 2026. Bazar ertəsi

Çelsi klubunun yeni sahibləri bəlli oldu


Çelsi klubunun yeni sahibləri bəlli oldu

İngiltərənin "Çelsi" klubunun yeni sahibləri bəlli olub.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrup klubun alınması ilə bağlı şərtləri razılaşdırıb.

Yatırılan ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Bundan əlavə, yeni sahiblər London təmsilçisinə əlavə 2 milyard avro da investisiya qoyacaqlar. Satışın tam başa çatacağı mayın sonunda gözlənilir.

Qeyd edək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi