23 mart 2026. Bazar ertəsi

Mançester Yunayted darmadağın oldu, Liverpul Tottenhem'lə sülh bağladı


Mançester Yunayted darmadağın oldu, Liverpul Tottenhem'lə sülh bağladı

Futbol üzrə İngiltərə Premyer Liqasında 36-cı turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə altı qarşılaşma baş tutub.

“Bernli” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. “Brentford” “Sauthempton”a, “Kristal Pelas” isə “Uotford”a qalib gəlib.

Yeni sahibi müəyyənləşən “Çelsi” doğma meydanda “Vulverhempton”la qarşılaşıb. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

Lider “Mançester Siti” ilə çempionluq mübarizəsi aparan “Liverpul” evdə “Tottenhem”i qəbul edib. Tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər.

Mövsümün uğursuz çıxışlarını edən “Mançester Yunayted” isə səfərdə “Brayton”un qonağı olub. “Qırmızı şeytanlar” bu oyunda darmadağınla üzləşib.

İngiltərə Premyer Liqası
36-cı tur

7 may

Bernli – Aston Villa 1:3
Qol: Korne, 90+1 – İnqs, 7. Buendiya, 31. Uotkins, 52.

Brentford – Sauthempton 3:0
Qol: Yansson, 13. Vissa, 14. Ayer, 79.

Kristal Palas – Uotford 1:0
Qol: Zaha, 31-pen.

Çelsi – Vulverhempton 2:2
Qol: Lukaku, 56-pen; 58 – Trinkao, 79. Koadi, 90+7.

Brayton – Mançester Yunayted 4:0
Qol: Kaysedo, 15. Kukurella, 49. Qross, 57. Trossar, 60.

Liverpul – Tottenhem 1:1
Qol: L.Dias, 74 – Son, 56.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər
“Everton” “Çelsi”ni darmadağın etdi
  • İngiltərə P.L.
  • 23:49 21.03.2026
“Everton” “Çelsi”ni darmadağın etdi