8 may 2026. Cümə

Premyer Liqanı tərk edəcək növbəti klub bilindi


Premyer Liqanı tərk edəcək növbəti klub bilindi
Futbol üzrə İngiltərə Premyer Liqasını tərk edəcək ikinci komanda müəyyənləşib. Corner.az xəbər verir ki, “Uotford” da növbəti mövsümdə elitada mübarizə aparmaq hüququnu itirib.
 
Buna sözügedən komandanın 36-cı tur çərçivəsində səfərdə “Kristal Pelas”a 0:1 hesablı məğlub olması səbəb olub. Bu məğlubiyyətdən sonra 22 xala malik “Uotford” 20 iştirakçı arasında 19-cu pillədə qalıb. Sözügedən kollektiv qalan oyunlarında qələbə qazansa belə, 17-ci pilləyə yüksəlmək şansını itirib. 
 
Xatırladaq ki, daha öncə “Norviç Siti”nin də elitanı tərk edəcəyi dəqiqləşmişdi. Bu komanda 21 xalla sonuncu pillədə qərarlaşıb.






İngiltərə P.L.