24 oktyabr 2024. Cümə axşamı

Mançester Yunayted və Ronaldo ÇL-sı şansını itirdi


Mançester Yunayted və Ronaldo ÇL-sı şansını itirdi
"Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanmaq hüququnu itirib. Corner.az xəbər verir ki, buna İngiltərə Premyer Liqasının 36-cı turunda səfərdə “Brayton”un qonağı olan “qırmızı şeytanlar”ın 0:4 hesabı ilə uduzması səbəb olub.
 
Bu nəticədən sonra "Mançester Yunayted" 58 xalla 6-cı pillədə qalıb və ÇL-ə vəsiqə şansını itirib. Son turda “Kristal Pelas”la oynyacaq Mançester təmsilçisi ən yaxşı halda mövsümü 61 xalla bitirə biləcək. “Qırmızı şeytanlar” 2013/14 mövsümündən bəri ilk dəfə mövsümə belə az xalla yekun vuracaq. İngiltərə nəhəngi həmin mövsümü 64 xalla başa vurmuşdu.
 
Mançester təmsilçisi bu nəticədən sonra antirekorda da imza atıb. Premyer Liqa klubu 41 il sonra ardıcıl 5 səfər oyununda darmadağınla üzləşib. Komandanın cari mövsümdə üzləşdiyi böyükhesablı məğlubiyyətlərin siyahısını təqdim edirik:
 
Mançester Yunayted – Liverpul 0:5
Liverpul - Mançester Yunayted 4:0
Brayton - Mançester Yunayted 4:0
Mançester Siti - Mançester Yunayted 4:1
Uotford - Mançester Yunayted 4:1
 
"Mançester Yunayted”in hücumçusu Kristiano Ronaldo da karyerasında ilk dəfə Çempionlar Liqasında çıxış etməyəcək. 37 yaşlı futbolçu "Sportinq"lə debüt etdiyi ÇL-də 2002/03 mövsümündən başlayaraq hər mövsüm bu turnirdə oynayıb. Portuqaliyalı ulduz futbolçu yayda klubunu dəyişməsə, ilk dəfə Çempionlar Liqasında iştirak etməyəcək.
 
Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında “Mançester Yunayted”ə qayıdıb. Kristiano bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 39 oyunda 24 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb






İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib