2 fevral 2026. Bazar ertəsi

Çelsi və Mançester Siti'dən darmadağın


Çelsi və Mançester Siti'dən darmadağın

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Corner.az xəbər verir ki, bu gün dörd qarşılaşma baş tutub.

Lider “Mançester Siti” səfərdə “Vulverhempton”un qonağı olub. Altı qolun qeydə alındığı matçda darmadağınla qalib gələn “şəhərlilər” zirvədəki mövqeyini möhkəmləndirib. “Vulverhempton” isə 50 xalla 8-ci pillədə qalıb.

Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan “Çelsi” səfərdə “Lids”in qonağı olub və 3 cavabsız qolla qalib gəlib. London təmsilçisi hazırda 70 xalla 3-cüdür. “Lids” isə 34 xalla 18-ci pilləyə enib.

“Lester Siti” doğma meydanda “Norviç Siti”ni oxşar hesabla məğlub edib və xalını 45-ə çatdıraraq 10-cu sıraya yüksəlib. 21 xalı olan "Norviç Siti" isə sonuncu pillədə qərarlaşıblar.

“Uotford” – “Everton” matçında hesab açılmayıb. Hərəyə bir xal toplayan bu komandalardan “Uotford” 23 xalla 19-cudur. “Everton” isə 36 xalla 16-cı sırada yer alıb.

İngiltərə Premyer Liqası
11 may

21-ci turun oyunu

Lester Siti – Norviç Siti 3:0
Qol: Vardi, 54; 62. Meddison, 70.

30-cu turun oyunu

Uotford – Everton 0:0

33-cü turun oyunları

Lids – Çelsi 0:3
Qol: Maunt, 4. Pulişiç, 55. Lukaku, 83.

Vulverhempton – Mançester Siti 1:5
Qol: Dendonker, 11 – De Bruyne, 7; 16; 24; 60. Sterlinq, 84.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə