27 avqust 2026. Cümə axşamı

İngiltərə klubunun yeni formasında Səudiyyə Ərəbistanı detayı - FOTO


İngiltərə klubunun yeni formasında Səudiyyə Ərəbistanı detayı - FOTO

İngiltərənin "Nyukasl" klubunun 2022/2023 mövsümü üçün səfər forması müəyyənləşib.

Corner.az "Amnesty International" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin forması Səudiyyə Ərəsbistanı milli komandasının formasına uyğun hazırlanacaq.Forma ağ-yaşıl rəngdən ibarət olacaq.

Klub ev matçlarına ənənəvi olaraq ağ-qara forma ilə çıxacaq.

Qeyd edək ki, "Nyukasl"ın səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb. 1892-ci ildə əsası qoyulmuş klub daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.








İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın