24 oktyabr 2024. Cümə axşamı

Mövsümün ən yaxşı oyunçusu adına 8 namizəd


Mövsümün ən yaxşı oyunçusu adına 8 namizəd

Futbol üzrə İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.

Corner.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, ən yaxşı adına 8 namizəd var.

Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Cerrod Bouen (“Vest Hem”), Joao Kanselo, Kevin de Bruyne (hər ikisi “Mançester Siti”), Bukayo Saka (“Arsenal”), Son Xın Min (“Tottenhem”) və Ceyms Uord-Prouzdur (“Sauthempton”).

Mövsümün ən yaxşı məşqçisi adına isə beş mütəxəssis namizəddir. Bunlar Xosep Qvardiola (“Mançester Siti), Patrik Vieyra (“Kristal Pelas”), Tomas Frank (“Brentford”), Eddi Hau (“Nyukasl”) və Yurgen Kloppdur (“Liverpul”).

Mövsümün ən yaxşı oyunçusu və məşqçisi azarkeşlər, futbol futbol mütəxəssisləri və 20 kapitan arasında səsvermənin yekununda müəyyənləşəcək.







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib