1 avqust 2026. Şənbə

Kapitan azarkeşin hücumuna məruz qaldı


Kapitan azarkeşin hücumuna məruz qaldı

İngiltərənin "Şeffild Yunayted" klubunun kapitanı Billi Şarp azarkeşin hücumuna məruz qalıb.

Corner.az xəbər verir ki, hadisə komandanın Premyer Liqa uğrunda pley-off mərhələsinin yarımfinalında "Nottingem Forest"ə məğlub olduqları oyundan sonra baş verib.

Penaltilər seriyasından sonra fanat stadiona daxil olaraq 36 yaşlı oyunçuya çırpılıb və onu yerə yıxıb. Polis həmin azarkeşi saxlayıb.

Təcrübəli hücumçu zədəli olduğu üçün matçı buraxmalı olub.

Qeyd edək ki, qarşılaşma "Şeffild Yunayted"in 2:1 hesablı qələbəsi ilə bitib. İlk qarşılaşmada "Nottingem Forest" eyni hesabla qələbə qazandığından, penaltilər seriyasına ehtiyac duyulub. "Nottingem Forest" mayın 29-da finalda "Haddersfild"lə üz-üzə gələcək.







İngiltərə P.L.

"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 23:05 31.07.2026
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"
"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"