7 dekabr 2025. Bazar günü

Premyer Liqa klubunun baş məşqçisi azarkeşi təpiklədi


Premyer Liqa klubunun baş məşqçisi azarkeşi təpiklədi
Futbol üzrə İngiltərə Premyer Liqasının 33-cü turundan təxirə salınmış və ötən gecə keçirilən “Everton” – “Kristal Pelas” matçının sonunda xoşagəlməz hadisə yaşanıb. Corner.az xəbər verir ki, “Kristal Pelas” səfərdə 2:0 öndə olsa da, meydan sahibləri qalan dəqiqələrdə 3 qol vurmaqla əzmkar qələbə qazanıb. 85-ci dəqiqədə vurulan qələbə qolunun ardından “Everton” fanatları meydana çıxıblar. Lakin onlar tribunaya qaytarılıb və matçın qalan dəqiqələri də davam etdirilib.
 
Qarşılaşmanın final fiti səsləndikdən sonra “Everton”un azarkeşləri yenidən meydana axışmağa davam ediblər. Bu zaman azarkeşlərdən biri qonaq komandanın baş məşqçisi Patrik Vieyranın üzərinə doğru qaçıb. Lakin hirsli olan Vieyra ona bu hərəkətinə görə sərt qarşılıq verib. Əvvəlcə azarkeşin boynundan tutan məşqçi, daha sonra onu təpiklə vurub. Davanın daha da böyüməsinin qarşısını digər azarkeşlər alıblar.
 
Qeyd edək ki, “Everton” bu qələbə sayəsində Premyer Liqada qalmağı təmin edib.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə