- İngiltərə P.L.
- 23:46 06.12.2025
Bu gün İngiltərə Premyer Liqasında 2021/22 mövsümündə son turun oyunları keçirilib. Corner.az xəbər verir ki, eyni gündə keçiriləcək bütün oyunlar eyni saatda da start götürüb.
Son turda bütün diqqətlər “Mançester Siti” ilə “Liverpul”un matçlarında idi. Bu komandalardan birinin büdrəməsi digərinin çempion olmasına səbəb olacaqdı.
“Mançester Siti” doğma meydanda “Aston Villa”nı, “Liverpul” isə “Vulverhempton”u qəbul edib. Hər iki oyunda meydan sahibləri əzmkar qələbə qazanıb. Belədə, lider “Mançester Siti” İngiltərə çempionatının qalibi olub.
Günün digər oyunlarına gəlincə, “Arsenal” doğma meydanda “Everton”u, “Lester Siti” “Sauthempton”u, “Çelsi” “Uotford”u, “Brayton” “Vest Hem”i qəbul edib. Bu görüşlərin hamısında meydan sahibləri qələbə qazanıb.
“Bernli” evdə “Nyukasl”a, “Brentford” isə “Lids”ə məğlub olub. Səfərdə “Kristal Pelas”ın qonağı olan “Mançester Yunayted” mövsümün son matçından da heç-heçə ilə ayrılıb. “Norviç Siti”nin qonağı olan “Tottenhem” isə 5 cavabsız qolla qalib gəlib.
Bu nəticələrdən sonra çempion “Mançester Siti” və əsas izləyicisi “Liverpul”la yanaşı, “Çelsi” və “Tottenhem” də İngiltərəni UEFA Çempionlar Liqasında təmsil etmək hüququ qazanıb. 5-ci olan “Arsenal”, həmçinin 6-cı yerlə kifayətlənən “Mançester Yunayted” Avropa Liqasına vəsiqə əldə edib. 7-ci yeri tutan “Vest Hem” isə Avropa Konfrans Liqasında oynamaq hüququna sahib olub.
22 xalla sonuncu – 20-ci pilləni tutan “Norviç Siti” və 23 xalla 19-cu olan “Uotford”un Premyer Liqanı tərk edəcəyi öncədən bəlli idi. Son turda məğlubiyyətlə üzləşən və 35 xalda qalan “Bernli” də 18-ci yeri tutub və elitanı tərk edib.
İngiltərə Premyer Liqası
38-ci tur
22 may
Arsenal – Everton 5:1
Qol: Martinelli, 27. Nketia, 31. Sedrik, 56. Qabriel, 59. Edeqor, 82 – Van de Bek, 45+3.
Bernli – Nyukasl 1:2
Qol: Korne, 69 – Uilson, 20-pen; 60.
Brayton – Vest Hem 3:1
Qol: Veltman, 50. Qross, 80. Uelbek, 90+2 – M.Antonio, 40.
Brentford – Lids 1:2
Qol: Kanos, 78 – Rapinya, 56. Harrison, 90+4.
Kristal Pelas – Mançester Yunayted 1:0
Qol: Zaha, 37.
Lester Siti – Sauthempton 4:1
Qol: Meddison, 49. Vardi, 74. Peres, 81; 90+6 – Uord-Prauz, 79.
Liverpul – Vulverhempton 3:1
Qol: Mane, 24. Salah, 84. Robertson, 89 – Neto, 3.
Mançester Siti – Aston Villa 3:2
Qol: İ.Gündoğan, 76; 81. Rodri, 78 – Kaş, 37. Koutinyo, 69.
Norviç Siti – Tottenhem 0:5
Qol: Kuluşevski, 15; 64. Keyn, 32. Son, 70; 75.
Çelsi – Uotford 2:1
Qol: Haverts, 11. Barkli, 90+1 – Qoslinq, 87.