8 noyabr 2026. Bazar günü

Salah bunu bacaran dördüncü futbolçu oldu


Salah bunu bacaran dördüncü futbolçu oldu
İngiltərə Premyer Liqasını ikinci pillədə başa vuran "Liverpul"un hücumçusu Məhəmməd Salah unikal göstəriciyə imza atıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu həm Premyer Liqanın ən yaxşı bombardiri olub, həm də ən çox qol ötürməsi edib.
 
Misirli futbolçu 23 qol vuraraq “Tottenhem”in futbolçusu Son Hın Minlə birgə ən yaxşı bombardir olub. O, 13 qol ötürməsi edərək, bu göstəricidə də hamını qabaqlayıb. Beləliklə, Salah Premyer Liqada eyni mövsümdə həm bombardir olan, həm də ən çox qol ötürməsi edən 4-cü futbolçu olub.
 
Buna qədər Endi Koul (1993/1994), Cimmi Floyd (1998/1999) və Harri Keyn (2020/2021) belə nəticə qazanmışdı.
 
Salah “Liverpul”un heyətində 180 oyunda 118 qol vurub və 50 məhsuldar ötürmə ilə yadda qalıb.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”