1 avqust 2026. Şənbə

Çelsi'nin satışı təsdiqləndi


Çelsi'nin satışı təsdiqləndi

İngiltərə Premyer Liqası "Çelsi" klubunun ABŞ-dan olan iş adamları Todd Boeli, Mark Uolter, isveçrəli milyarder Hansyorq Viss və "Clearlake Capital" investisiya şirkətindən ibarət qrupa satılmasına razılıq verib.

Corner.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb. Məlumatda, London klubunu alan konsorsium qarşı tərəfə təqribən 5 milyard ABŞ dolları ödəyəcəyi vurğulanıb. Ümumi sərmayənin 2,9 milyard avrosu "zadəganlar"ın səhmlərinin alınmasına sərf olunacaq və bu gəlir xeyriyyə işlərinə yönləndiriləcək.

Bildirək ki, Britaniya hakimiyyəti Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra "Çelsi"nin əvvəlki sahibi Roman Abramoviçin, o cümlədən klubunun aktivlərini bloklayıb. Bu səbəbdən rusiyalı funksioner fevralın 26-da klubun idarəçiliyini "Çelsi" Xeyriyyə Fondunun qəyyumlarına təhvil verib. Martın 2-də isə o, klubu satmaq niyyətində olduğunu açıqlayıb.







İngiltərə P.L.

"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 23:05 31.07.2026
"Nyukasl" Eddi Hau ilə yollarını ayırdı
"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"
"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"