8 may 2026. Cümə

23 il sonra Premyer Liqaya yüksəldilər


23 il sonra Premyer Liqaya yüksəldilər
Futbol üzrə İngiltərə Çempionşipində pley-off mərhələsinə yekun vurulub. Corner.az xəbər verir ki, həlledici oyunda “Nottingem Forest” və “Haddersfild” komandaları üz-üzə gəlib.
 
Dünyanın ən bahalı matçı kimi qələmə verilən bu görüşdə rəqibinə 1:0 hesabıyla qalib gələn “Nottingem Forest” növbəti mövsümdə İngiltərə Premyer Liqasında iştirak hüququ qazanıb. 
 
“Nottingem Forest” 23 illik fasilədən sonra Premyer Liqada çıxış edəcək. Daha öncə çempion “Fulhem” və ikinci yerin sahibi “Bornmut” da elitaya vəsiqə qazanmışdı. “Haddersfild” mövsümün əsas hissəsini 3-cü, “Nottingem Forest” isə 4-cü sırada başa vurmuşdu.






İngiltərə P.L.