23 iyun 2026. Çərşənbə axşamı

De Xea mövsümün oyunçusu seçildi


De Xea mövsümün oyunçusu seçildi
İngiltərənin “Mançester Yunayted” klubunda 2021/22 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib. Corner.az xəbər verir ki, qapıçı David De Xea geridə qalan mövsümdə “qırmızı şeytanlar”ın ən yaxşısı seçilib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 31 yaşlı qolkiper, ötən mövsüm 7 dəfə matçın futbolçusu seçilib. Yalnız Kriştiano Ronaldoda eyni sayda belə mükafata sahib olub. De Xea ardıcıl üç ay - noyabr, dekabr və yanvar aylarında "Mançester Yunayted"in ən yaxşı oyunçusu seçilib.
 
Nəticədə komandanın futbolçuları da ispaniyalı qolkiperi mövsümün ən yaxşısı hesab edib.






İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər