24 oktyabr 2024. Cümə axşamı

Premyer Liqada mövsümün ən yaxşıları...


Premyer Liqada mövsümün ən yaxşıları...
İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) Premyer Liqada 2021/2022 mövsümünün ən yaxşılarını və rəmzi komandasını açıqlayıb. Corner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
 
“Liverpul”un hücumçusu Məhəmməd Salah geridə qalan mövsümün ən yaxşı oyunçusu seçilib. Misirli futbolçu 2017/18 mövsümündə də bu titula sahib çıxmışdı. Bununla da o, “Liverpul”un tarixinə 2 dəfə mövsümün ən yaxşısı seçilən ilk futbolçu kimi düşüb.
 
“Mançester Siti”nin 22 yaşlı futbolçusu Fil Foden isə mövsümün ən yaxşı gənc oyunçusu seçilib.
 
Rəmzi komandada “Liverpul”dan 6, “Mançester Siti”dən 3, “Mançester Yunayted” və “Çelsi”dən isə bir futbolçu yer alıb:
 
Qapıçı: Allison Bekker (“Liverpul”);
 
Müdafiəçilər: Trent Aleksander-Arnold (“Liverpul”), Joao Kanselo (“Mançester Siti”), Antonio Rüdiger (“Çelsi”), Vircil van Dayk (“Liverpul”);
 
Yarımmüdafiəçilər: Tyaqo Alkantara (“Liverpul”), Kevin De Bruyne, Bernardo Silva (hər ikisi “Mançester Siti”);
 
Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi “Liverpul”), Kristiano Ronaldo (“Mançester Yunayted”)
 
Xatırladaq ki, İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün qalibi “Mançester Siti” olub.
 






İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib