5 dekabr 2025. Cümə

Üzü səpikli oğlan kimi gəlmişdim, kişi kimi gedirəm - Ramsey


Üzü səpikli oğlan kimi gəlmişdim, kişi kimi gedirəm - Ramsey
"Napoli"yə qarşı oyunun "Arsenal" forması ilə sonuncu matçım olduğunu demək mənim üçün kədərlidir. Təəssüf ki, həmin görüşdə aldığım zədə səbəbindən mövsümün qalan hissəsini buraxmalı olacağam".

Corner.az  xəbər verir ki, bu sözləri "Arsenal"ın futbolçusu Aaron Ramsey şəxsi "İnstagram" hesabında yazıb. Avropa Liqasının 1/4 final mərhələsinin "Napoli" ilə matçında zədələnən uelsli futbolçu üçün mövsüm vaxtından əvvəl bitib. 28 yaşlı futbolçu son oyunlarda London klubuna kömək edə bilməyəcəyi üçün üzülür: "Arsenal" oyunçusu kimi son matçlarda meydana çıxa bilməyəcəyim üçün üzgünəm. Təəssüf ki, bu, məndən asılı deyil. Dəstəyə görə azarkeşlərimizə təşəkkür etmək istəyirəm".

Yayda "Juventus"a keçəcək Ramsey sonda vida sözləri də yazıb: "Arsenal"da oynamaq həm meydanda, həm də kənarda yaxşı macəra oldu. Bu komandaya üzü səpkili oğlan kimi gəlmişdim. İndi isə kişi kimi - ailəli, 3 uşaq atası kimi gedirəm. Bu formanı geyindiyim üçün qürur duyuram. Bu həftəsonu emosianal olacaq. Komandam evdə son oyununu keçirəcək. Sizi stadionda görüb, hər birinizə səmimi qəlbdən təşəkkür edəcəyim günü səbirsizliklə gözləyirəm".(qol)






İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə