23 iyun 2026. Çərşənbə axşamı

Kriştiano Ronaldoya kapitanlıq sarğısı təklif olunacaq


Kriştiano Ronaldoya kapitanlıq sarğısı təklif olunacaq

"Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo müdafiəçi Harri Maquayrın əvəzinə komandanın kapitanı ola bilər.

Corner.az “Mirror”-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Maquayrı əvəz edəcək, çünki ötən mövsüm Maquayr dəfələrlə tənqid olunub. Tezliklə “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq Ronaldo ilə klubdakı gələcəyini müzakirə edəcək və sonra ona kapitan olmağı təklif edəcəyi vurğulanıb.

Ronaldo 2021-ci ilin avqustunun sonunda “Mançester Yunayted”ə qayıdıb. 2021/22 mövsümündə o, komandanın heyətində bütün yarışlarda 38 matçda 24 qol vurub və 3 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər