2 fevral 2026. Bazar ertəsi

Ronaldo Mançester Yunayted'in növbəti məşqini də buraxdı


Ronaldo Mançester Yunayted'in növbəti məşqini də buraxdı

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo İngiltərənin "Mançester Yunayted" klubunun ardıcıl üçüncü məşqində də çıxış etməyib.

Corner.az "Goal News" nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun mövsümöncəsi Avstraliya və Taylandakı hazırlıq prosesinə qoşulub-qoşulmayacağı hələlik bəlli deyil.

Ronaldo formada qalmaq üçün hazırda ölkəsində məşq bazasındadır. Portuqaliyalı futbolçu bu yaxınlarda "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib.

İddiaya görə, İngiltərənin "Çelsi", İtaliyanın "Roma" və Portuqaliyanın "Sportinq" klubları Ronaldonu transfer etmək niyyətindədir.

Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 58 xalla 6-cı sırada başa vurub. Ronaldu ümumilikdə "qırmızı şeytanlar"da 38 matça çıxıb və 24 qola imza atıb. Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.







İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə