5 dekabr 2025. Cümə

"Səbail" baş məşqçisinə yeni müqavilə təklif edib


"Səbail" baş məşqçisinə yeni müqavilə təklif edib

"Təcrübə baxımından "Qarabağ" bizdən üstündür. Əvvəlki matçlarda bu rəqibə qarşı yaxşı çıxış etmişdik. Bu gün isə bunu bəzi epizodlarda edə bildik".

Corner.az ın məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XXVII turunda səfərdə "Qarabağ" 0:4 hesabı ilə uduzduqları matçdan sonra söyləyib.

38 yaşlı mütəxəssis deyib ki, "Səbail" avrokuboka vəsiqə qazansa da görüləsi işləri çoxdur: "Bu gün heyətlə bağlı problemlərimiz vardı. Qarşıda görüləsi işlərimiz çoxdur. Maykl Essyen "Çelsi"də də mərkəz müdafiəçisi oynayıb. O, universal futbolçudur. Ancaq həm yaş, həm də oyun praktikasının azlığı öz sözünü deyib.

Hacıyev bildirib ki, "Səbail" rəhbərliyi ona yeni müqavilə təklif edib, lakin hələ detallar barədə söhbət olmayıb: "Medal qazanacağıma inam vardı. Əvvələr əvəzedici komandalarda bunu bacarmışdım. Qışa qədər mənim üçün ağır keçdi. Premyer Liqada baş məşqçi kimi ilk ilimdə medal qazanmaq xoş haldır".(report)







İngiltərə P.L.

“O, bizim üçün çox vacib olacaq”
  • İngiltərə P.L.
  • 12:43 04.12.2025
“O, bizim üçün çox vacib olacaq”
 “Liverpul” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 10:43 04.12.2025
“Liverpul” evdə xal itirdi
“Çelsi” səfərdən xalsız qayıdır
  • İngiltərə P.L.
  • 10:41 04.12.2025
“Çelsi” səfərdən xalsız qayıdır
Arteta narahatdır
  • İngiltərə P.L.
  • 10:37 04.12.2025
Arteta narahatdır
 “Aston Villa”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 10:29 04.12.2025
“Aston Villa”dan çətin qələbə