İngiltərə Premyer Liqasının son turunda səfərdə “Newcastle”ni 3:2 hesabı ilə məğlub edən “Liverpool”un baş məşqçisi Jurgen Klopp matçdan sonra açıqlama verib.
Corner.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssis, futbolçuları ilə qürur duyduğunu deyib:
“Newcastle”nin oyun üslubu bizi çətin vəziyyətə saldı, onlara qarşı mübarizə aparmaq çətindir. Fiziki olaraq daha çətin komandaya qarşı oynadıq. Bu, işimizi çətinləşdirdi. İkinci qoldan sonra oyunun taleyini həll etməli idik, amma bu, vacib deyil. Biz meydanda çox yaxşı mübarizə apardıq, qələbəyə layiq idik. Bu gecə möhtəşəm anlar yaşadıq. Bu oyunda uşaqların etdikləri inanılmazdır. Futbolçularımla qürur duyuram.Dünyanın ən yaxşı komandası deyilik, amma bunun üçün çox çalışırıq. Həftədə üç oyun keçiririk və heç biri asan deyil. Bundan sonra da çox çalışmağa davam etməliyik”.