8 may 2026. Cümə

Mançester Siti'nin futbolçusu əməliyyat olundu


Mançester Siti'nin futbolçusu əməliyyat olundu
“Mançester Siti”nin müdafiəçisi Emerik Laport komandanın yeni mövsümündəki oyunları buraxacaq. Corner.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola 28 yaşlı futbolçunun dizindəki problemlərə görə əməliyyat olunduğunu bildirib:
 
“Laport zədəlidir. Əməliyyat olundu. Ötən mövsüm son bir neçə oyunu zədə ilə keçirdi, inanılmaz səy göstərdi. Amma artıq belə davam etməyini bacarmadı. Hər şey yaxşı olarsa, onun, sentyabrda qayıdacağını düşünürük”.
 
Laport ötən mövsüm “Mançester Siti”nin heyətində 44 oyuna çıxıb və 4 qol vurub.






İngiltərə P.L.