8 may 2026. Cümə

İngiltərə Super Kubokunun qalibi bəlli oldu


İngiltərə Super Kubokunun qalibi bəlli oldu
"Liverpul”  klubu 16-cı dəfə İngiltərə Super Kubokunun sahibi olub. Corner.az xəbər verir ki, Mersisayd təmsilçisi Lester şəhərində son İngiltərə çempionu "Mançester Siti"yə 3:1 qalib gələrək bu titula yiyələnib.
 
“Liverpul”un heyətində Trent Aleksander-Arnold (21), Məhəmməd Salah (83, penalti) və Darvin Nunyes (90+4) fərqlənibsə, “Mançester Siti”nin yeganə qoluna Xulian Alvares (70) imza atıb.
 
Xatırladaq ki, ötən il də "Mançester Siti" Super Kubok matçında “Lester Siti”yə 0:1 uduzaraq bu titulu əldən vermişdi 






İngiltərə P.L.