7 dekabr 2025. Bazar günü

Liverpul'dan ilk oyunda heç-heçə, Çelsi'dən qələbə


Liverpul'dan ilk oyunda heç-heçə, Çelsi'dən qələbə
Futbol üzrə İngiltərə Premyer Liqasında 1-ci turun oyunları keçirilir. Corner.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı “Liverpul” - “Fulhem” matçında qalib müəyyənləşməyib.
 
“Çelsi” səfərdə “Everton”un qonağı olub və  3 xalı tək qolla qazanıb. London digər təmsilçisi “Tottenhem” evdə  “Sauthempton”u qəbul edib və  darmadağınla qələbə qazanıb. 
 
“Bornmut” “Aston Villa”nı, “Lids” “Vulverhempton”u, “Nyukasl” da “Nottingem Forest”i məğlub edib.
 
İngiltərə Premyer Liqası
1-ci tur
6 avqust
 
Fulhem – Liverpul 2:2
Qol: Mitroviç, 32; 72-pen – Nunes, 64. Salah, 80.
 
Bornmut – Aston Villa 2:0
Qol: Lerma, 2. Mur, 80.
 
Lids – Vulverhempton 2:1
Qol: Rodriqo, 24. Nuri, 74-öz qapısına – Podense, 6.
 
Nyukasl – Nottingem Forest 2:0
Qol: Şer, 58. Uilson, 78.
 
Tottenhem – Sauthempton 4:1
Qol: Sessenyon, 21. Dayer, 31. Salisu, 61-öz qapısına. Kuluşevski, 63 – Uord-Prauz, 12.
 
Everton – Çelsi 0:1
Qol: Jorjinyo, 45+9-pen.






İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə