24 oktyabr 2024. Cümə axşamı

Siti və Arsenal'dan qələbə, Mançester Yunayted darmadağın oldu


Siti və Arsenal'dan qələbə, Mançester Yunayted darmadağın oldu

İngiltərə Premyer Liqasında 2-ci turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma keçirilib.

Son çempion “Mançester Siti” doğma meydanda “Bornmut”u sınağa çəkib və 4 cavabsız qolla qalib gəlib.  “Mançester Yunayted” səfərdə “Brentford”un qonağı olub və 4 cavabsız qolla məğlub olub.

“Arsenal” bu turda “Lester Siti”yə, “Aston Villa” isə “Everton”a qalib gəlib. Dörd qolun qeydə alındığı “Sauthempton” – “Lids” matçında qalib müəyyənləşməyib.  “Brayton” – “Nyukasl” və “Vulverhempton” – “Fulhem” matçlarında qapılara ümumiyyətlə qol vurulmayıb.

İngiltərə Premyer Liqası
2-ci tur
13 avqust

Aston Villa – Everton 2:1
Qol: İnqs, 31. Buendiya, 85 – Din, 87-öz qapısına.

Arsenal – Lester Siti 4:2
Qol: Q.Jezus, 23; 35. Caka, 55. Martinelli, 75 – Saliba, 53-öz qapısına. Meddison, 74.

Brayton – Nyukasl 0:0

Mançester Siti – Bornmut 4:0
Qol: İ.Gündoğan, 19. De Bruyne, 31. Foden, 37. Lerma, 79-öz qapısına.

Sauthempton – Lids 2:2
Qol: Aribo, 72. Uolker-Peters, 81 – Rodriqo, 46; 60.

Vulverhempton – Fulhem 0:0

Brentford – Mançester Yunayted 4:0
Qol: Dasilva, 10. Yensen, 18. Mi, 30. Mbeumo, 35.







İngiltərə P.L.

Premyer Liqa klubunda yeni müqavilə
  • İngiltərə P.L.
  • 21:29 22.10.2024
Premyer Liqa klubunda yeni müqavilə
 "Brentford"u London nəhənginə dəyişir
  • İngiltərə P.L.
  • 16:10 22.10.2024
 "Brentford"u London nəhənginə dəyişir
Uolkott "Çelsi"nin çıxışını tənqid edib
  • İngiltərə P.L.
  • 14:46 22.10.2024
Uolkott "Çelsi"nin çıxışını tənqid edib