7 dekabr 2025. Bazar günü

London derbisindən sonra qalmaqal - VİDEO


London derbisindən sonra qalmaqal - VİDEO
Futbol üzrə İngiltərə Premyer Liqasının 2-ci turunun "Çelsi" – “Tottenhem” matçında (2:2)  iki komandanın baş məşqçisi Tomas Tuxellə Antonio Konte arasındakı gərginlik yaşanıb. Corner.az xəbər verir ki, matçın gedişində də aralarında problem yaşanan mütəxəssislər final fitindən sonra bir-birinin əlini sıxarkən yenidən xoşagəlməz hadisə baş verib.
 
Belə ki, Tuxel Konteyə narazılıqlarını bildirsə də, italiyalı çalışdırıcı buna aqressiv reaksiya verib və insident böyüyüb. Hələ matçın gedişində sözləri düz tutmayan sözügedən məşqçilərin hər ikisinə qırmızı vərəqə göstərilib.
 
Matçdan sonra Tuxel Konte ilə yaşadığı insidenti belə şərh edib:
 
“Mən bir-birimizin əlini sıxan zaman Kontenin gözlərinə baxmağı vacib saydım. Görünən budur ki, o, bunu başqa cür düşünürmüş…
 
Bu gün yalnız bir komanda qələbəyə layiq idi ki, o da biz idik. Bu gün "Tottenhem"in futbolçularının - Pyer-Emil Höyberq və Rodriqo Bentankurun neçə dəfə qaydanı pozduğunu deyə bilmərəm. Nə vaxtdan futbol matçlarında rəqibin saçından dartmaq qayda pozuntusu olaraq qəbul edilmir?”.
 







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə