30 iyul 2026. Cümə axşamı

Danimarkalı futbolçu buna görə təhdid edildi


Danimarkalı futbolçu buna görə təhdid edildi

İngiltərənin "Kristal Pelas" klubunun futbolçusu Yoahim Andersen və ailəsi ölümlə təhdid olunub.

Corner.az xəbər verir ki, 26 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında bildirib.

Danimarkalı oyunçu "Liverpul"la 1:1 hesablı heç-heçə etdikləri Premyer Liqanın II tur matçında yaşanan hadisəyə görə təzyiqlə üzləşdiyini bildirib: "300-400 belə mesaj almışam. Hansısa komandaya azarkeşlik etdiyinizi anlayıram. Amma bəzi məsələlər var ki, ona hörmət etməlisən. Ümid edirəm ki, instaqram və Premyer Liqa rəhbərliyi bununla bağlı nəsə edəcək".

Qeyd edək ki, "Liverpul"un futbolçusu Darvin Nunyes görüş ərzində Yoahim Andersenin təxribatlarına dözə bilməyib və onu başı ilə vurub. Portuqaliyalı oyunçu bu səbəbdən birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. 







İngiltərə P.L.

"Ən yaxşı formada qayıdıblar"
  • İngiltərə P.L.
  • 22:38 29.07.2026
"Ən yaxşı formada qayıdıblar"
"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"
Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi