13 may 2026. Çərşənbə

Keyn tarixə düşdü, Tottenhem 1000-ci qola sevindi


Keyn tarixə düşdü, Tottenhem 1000-ci qola sevindi
İngilltərə Premyer Liqasının 3-cü turunun açılış matçında “Tottenhem” öz meydanında “Vulverhempton”ı minimal hesabla məğlub edib. Corner.az xəbər verir ki, sözügedən oyunda yeganə qolu 64-cü dəqiqədə İvan Perişiçin ötürməsindən sonra Harri Keyn vurub. Bu qol həm futbolçu, həm də komandası üçün əlamətdar olub.
 
Belə ki, “Tottenhem” ev oyunlarında vurduğu qolların sayını 1000-ə çatdırıb. London təmsilçisi bu qollardan 812-ni “Uayt Hart Leyn”də, 65-ni “Uembli”də, 123-nü isə hazırkı “Tottenhem Hotspur Stadionu”nda vurub.
 
Keyn isə Premyer Liqa tarixində bir klubun heyətində ən çox qol vuran (185) futbolçu olaraq tarixə düşüb. Bu rekord daha öncə “Mançester Siti”nin heyətində 184 qol vurmuş Serxio Aqueroya məxsus idi.
 
Harri Keyn “Tottenhem”in heyətində bütövlükdə 250 qol vurub.






İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi