29 iyul 2026. Çərşənbə

Salah qol sayında Stiven Cerrarda çatdı


Salah qol sayında Stiven Cerrarda çatdı

Məhəmməd Salah İngiltərənin "Liverpul" klubunda qol sayına görə əfsanəvi futbolçu Stiven Cerrarda çatıb.

Corner.az xəbər verir ki, 30 yaşlı hücumçu buna "Mançester Yunayted"ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın III tur oyununda nail olub.

Komandasının yeganə qolunu vuran misirli forvard 120-ci topunu vuraraq Mersisayd təmsilçisinin tarixinə düşüb.

"Liverpul" tarixinin bombardiri 128 qolla ingiltərəli sabiq oyunçu Robbi Faulerdir.

Qeyd edək ki, Məhəmməd Salah 2017-ci ildən bu komandanın formasını geyinir.







İngiltərə P.L.

"Evə qayıtdım"
  • İngiltərə P.L.
  • 23:41 28.07.2026
"Evə qayıtdım"
"Onlara məhəl qoyma, evə qayıt"
  • İngiltərə P.L.
  • 23:25 28.07.2026
"Onlara məhəl qoyma, evə qayıt"
Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi