7 dekabr 2025. Bazar günü

Liverpul'dan 9 cavabsız qol, MS və MY-dan


Liverpul'dan 9 cavabsız qol, MS və MY-dan

İngiltərə Premyer Liqasında 4-cü turun oyunlarına start verilib. Corner.az xəbər verir ki, ilk oyun günü 7 matç keçirilib.

Turun açılış oyununda "Mançester Yunayted" səfərdə “Sauthempton”un qonağı olub və minimal hesablı qələbə qazanıb. 

Ötən turda məğlub olan "Liverpul" bu dəfə doğma meydanda  “Bornmut”u qəbul edib və 9 cavabsız qolla qalib gəlib. “Arsenal” isə “Fulhem”lə oyunda çətin qələbə qazanıb. “Mançester Siti” də doğma meydanda “Kristal Pelas”ı qəbul edib və qələbəyə sevinən tərəf olub.

“Brentford” - “Everton” matçında qalib müəyyənləşməyibsə, “Brayton” “Lids”i minimal hesabla məğlub edib.

 “Çelsi” isə doğma meydanda “Lester Siti”ni qəbul edib. “Zadəganlar” bu oyundan çətin qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası
4-cü tur 
27 avqust

Sauthempton - Mançester Yunayted 0:1
Qol: B.Fernandes, 55.

Brentford - Everton 1:1
Qol: Yanelt, 85 – Qordon, 24.

Brayton - Lids 1:0
Qol: Qross, 66.

Çelsi - Lester Siti 2:1
Qol: Sterlinq, 47; 63 – Barnes, 66.

Liverpul - Bornmut 9:0
Qol: L.Dias, 3; 85. Elliot, 6. Aleksander-Arnold, 28. Firmino, 31; 62. Van Deyk, 45. Mepam, 46-öz qapısına. Karvalyo, 80.

Mançester Siti - Kristal Pelas 4:2
Qol: B.Silva, 53. Haland, 62; 70; 81 – Stounz, 4-öz qapısına. Andersen, 21.

Arsenal - Fulhem 2:1
Qol: Edeqor, 64. Qabriel, 85 – Mitroviç, 56.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə