8 noyabr 2026. Bazar günü

Haland Premyer Liqanın tarixinə düşdü


Haland Premyer Liqanın tarixinə düşdü

"Mançester Siti"nin futbolçusu Erlinq Haland  İngiltərə Premyer Liqasının tarixinə düşüb.

Corner.az-ın məlumatına görə, 22 yaşlı hücumçu buna "Nottingem Forest"ə 6:0 hesabı ilə qalib gəldikləri V tur oyununda het-trik etməklə nail olub.

Norveçli futbolçu Premyer Liqadakı ardıcıl iki matçda bunu bacaran 7-ci oyunçu ünvanına sahib olub.

Daha əvvəl Les Ferdinand, İan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Erlinq Haland iyunun 13-də "Mançester Siti" ilə 2027-ci ilin yayınadək müqavilə imzalayıb.







İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”