23 mart 2026. Bazar ertəsi

Fernandes Salahı geridə qoydu


Fernandes Salahı geridə qoydu
“Mançester Yunayted”in futbolçusu Bruno Fernandes Premyer Liqada növbəti məhsuldar ötürməyə imza atıb. Corner.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Arsenal”la ev matçında (3:1) buna nail olub.
 
Bu, Fernandesin Premyer Liqada 23-cü məhsuldar ötürməsidir. Portuqaliyalı futbolçunun İngiltərədə debüt etdiyi vaxtdan bu günə qədər olan dövrdə heç kim daha çox məhsuldar ötürməyə imza atmayıb. 2020-ci il fevralın 1-dən sonrakı müddətdə Məhəmməd Salah (“Liverpul”) və Kevin de Bruyne (“Mançester Siti”) hərəyə 22 dəfə qol ötürməsi verib. Harri Keyn (“Tottenhem”) 21, “Mançester Siti” və “Arsenal” forması geyinən Qabriel Jezus 18 dəfə fərqlənib.
 
“Mançester Yunayted” Premyer Liqada ardıcıl iki məğlubiyyətdən sonra 4-cü qələbəsini qazanıb.






İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər