27 avqust 2026. Cümə axşamı

De Bruyne Cerrard'ın uğurunu təkrarladı


De Bruyne Cerrard'ın uğurunu təkrarladı

"Mançester Siti"nin futbolçusu Kevin de Bruyne "Liverpul"un sabiq kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.

Corner.az-ön məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi buna "Vulverhempton"a 3:0 hesabı ilə qalib gədikləri 8-ci tur oyununda nail olub.

Belçikalı futbolçu matçda iki məhsuldar ötürmə ilə yadda qalıb. De Bruyne Premyer Liqada ötürmələrinin sayını 92-yə yüksəldib.

Stiven Cerrard 504, Kevin de Bruyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.

Qeyd edək ki, Kevin de Bruyne 2015-ci ildən "şəhərlilər"in uğurları üçün çalışır.







İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın