27 avqust 2026. Cümə axşamı

Premyer Liqada 15 yaşlı rekordçu


Premyer Liqada 15 yaşlı rekordçu
"Arsenal”ın 15 yaşlı futbolçusu İtan Nvaneri İngiltərə Premyer Liqasında yeni rekordun sahibi olub. Corner.az xəbər verir ki, o, bu gün 8-ci tur çərçivəsində baş tutan “Brentford”la oyunda meydana daxil olmaqla  Premyer Liqada forma geyinmiş ən gənc oyunçu ünvanına yiyələnib.
 
Nvaneri komandasının səfərdə 3:0 hesablı qələbə qazandıqları matçın 92+2-ci dəqiqəsində meydana buraxılıb. Hücumameyilli futbolçu buna 15 yaş 181 günlüyündə nail olub.
 
Premyer Liqada bundan əvvəlki rekord “Liverpul”un futbolçusu Harvi Elliota məxsus idi. O, 16 yaş 30 günlüyündə Premyer Liqada debüt etmişdi.






İngiltərə P.L.

“Tottenhem”dən Liqa Kubokunda darmadağın
  • İngiltərə P.L.
  • 00:59 27.08.2026
“Tottenhem”dən Liqa Kubokunda darmadağın