8 may 2026. Cümə

De Bruyne'dən yeni rekord


De Bruyne'dən yeni rekord

İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin De Bruyne ən çox məhsuldar ötürmə verməklə klubun rekordunu müəyyənləşdirib.

Corner.az-ın məlumatına görə, bu barədə Premyer Liqanın rəsmi saytı xəbər verib.

İngiltərə çempionatının IX turunda “Mançester Siti” səfərdə “Sauthempton”ı 4:0 hesabı ilə darmadağın etdiyi görüşdə nail olub. Belçikalı bu oyunda 1 məhsuldar ötürmə edib və bununla da o, məhsuldar ötürmələrinin sayını 94-ə çatdırıb. Bu, komandanın tarixində ən yaxşı göstəricidir.

Bundan əvvəl rekord 93 məhsuldar ötürmə verən ispan David Silvaya məxsus idi.







İngiltərə P.L.