7 dekabr 2025. Bazar günü

Liverpul Mançester Siti'nin məğlubiyyətsiz seriyasına son qoydu


Liverpul Mançester Siti'nin məğlubiyyətsiz seriyasına son qoydu

İngiltərə Premyer Liqasında 11-ci turun oyunlarına yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

Səfərdə “Aston Villa”nın qonağı olan “Çelsi” inamlı qələbə qazanıb."Lids”in qonağı olan “Arsenal” də minimal hesabla qalib gəlib.

“Mançester Yunayted” - “Nyukasl” matçında qapılara qol vurulmayıb. İki qolun qeydə alındığı “Sauthempton” - “Vest Hem” matçında da qalib müəyyənləşməyib.

Turun mərkəzi oyununda isə “Liverpul”  doğma meydanda “Mançester Siti”ni qəbul edib. Uğursuz mövsüm yaşayan Mersisayd təmsilçisi “şəhərlilər”ə bu mövsümdə ilk məğlubiyyəti yaşadıblar.

11 turdan sonra 27 xalı olan “Arsenal” vahid liderdir. “Mançeseer Siti” və “Tottenhem”in 23 xalı var. “Çelsi” 19 xalla dördüncü, 16 xala malik “Mançester Yunayted” isə beşincidir. “Liverpul” 13 xalla 8-ci sırada qərarlaşıb. 

İngiltərə Premyer Liqası
11-ci tur
14 oktyabr

Brentford – Brayton 2:0
Qol: Toni, 27; 64-pen.

15 oktyabr

Lester Siti – Kristal Pelas 0:0

Fulhem – Bornmut 2:2
Qol: Diop, 22. Mitroviç, 52-pen – Solanke, 2. Lerma, 29.

Vulverhempton – Nottingem Forest 1:0
Qol: Neves, 56-pen.

Tottenhem – Everton 2:0
Qol: Keyn, 59-pen. Hoyberq, 86.

16 oktyabr

Aston Villa – Çelsi 0:2
Qol: Maunt, 6; 65.

Lids – Arsenal 0:1
Qol: Saka, 35.

Mançester Yunayted – Nyukasl 0:0

Sauthempton – Vest Hem 1:1
Qol: Perro, 20 – Rays, 64.

Liverpul – Mançester Siti 1:0
Qol: Salah, 76.







İngiltərə P.L.

“Liverpul” “Lids"lə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 23:46 06.12.2025
“Liverpul” “Lids"lə heç-heçə etdi
“Messi heç vaxt belə etməyib”
  • İngiltərə P.L.
  • 22:58 06.12.2025
“Messi heç vaxt belə etməyib”
 “Mançester Siti”dən inamlı qələbə
  • İngiltərə P.L.
  • 21:54 06.12.2025
“Mançester Siti”dən inamlı qələbə