28 iyul 2026. Çərşənbə axşamı

Ronaldo əsas komandadan kənarlaşdırıldı


Ronaldo əsas komandadan kənarlaşdırıldı
İngiltərənin "Mançester Yunayted" klubu hücumçusu Kriştiano Ronaldonu heyətdən kənarlaşdırıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
37 yaşlı futbolçu Premyer Liqanın 13-cü turunda "Çelsi" ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
 
Buna səbəb portuqaliyalı ulduz hücumçunun intizamsız davranışları olub. Ronaldo Premyer Liqanın 12-ci turunda "Tottenhem"lə keçirilən görüşün 89-cu dəqiqəsində stadionu tərk edib. Onun həmin oyunun gedişində meydana daxil olmaqdan imtina etməsi ilə bağlı xəbərlər də yayılıb. Bu üzdən də məşqçilər korpusu ulduz futbolçunu belə bir qərarla cəzalandırmağa qərar veriblər.






İngiltərə P.L.

Rodri əməliyyat üçün Madridə getdi
  • İngiltərə P.L.
  • 22:08 27.07.2026
Rodri əməliyyat üçün Madridə getdi
Vilyam Saliba əməliyyatdan imtina etdi
  • İngiltərə P.L.
  • 23:19 22.07.2026
Vilyam Saliba əməliyyatdan imtina etdi
Anderson "Nottingem Forest"lə vidalaşdı
  • İngiltərə P.L.
  • 23:09 21.07.2026
Anderson "Nottingem Forest"lə vidalaşdı