12 may 2026. Çərşənbə axşamı

Mançester Yunayted Ronaldonu 887 min avro cərimələdi!


Mançester Yunayted Ronaldonu 887 min avro cərimələdi!
“Mançester Yunayted” “Tottenhem”lə oyundakı (2:0) davranışına görə Kriştiano Ronaldoya sanksiya tətbiq edib. Corner.az “Manchester Evening News”a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu iki həftəlik maaşı (887 min avro) məbləğində cərimələnib.
 
Portuqaliyalı hücumçu əvvəllər “Mançester Yunayted”də daha çox maaş alırdı. Belə ki, onun iki həftəlik maaşı məbləğində cəriməsi 1,1 milyon avro olacaqdı. Lakin yayda “qırmızı şeytanlar” Çempionlar Liqasına düşə bilmədiyi üçün bəzi futbolçuların maaşını 25 faiz azaldıb. Buna görə də, indi Ronaldo həftədə təxminən 443,5 min avro alır.
 
Portuqaliyalı hücumçu İngiltərə Premyer Liqasının 13-cü turunun “Çelsi” ilə oktyabrın 22-də keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib. Baş məşqçi Erik ten Haqın Ronaldonu heyətdən kənarlaşdırmasına səbəb onun “Tottenhem”lə oyunda (2:0) etdiyi hərəkət olub. Belə ki, Ronaldo matçın sonunu gözləmədən, ehtiyat oyunçular skamyasını tərk edərək, stadiondan gedib.






İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi