- İngiltərə P.L.
- 22:44 01.02.2026
İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilir.
Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.
“Aston Villa” doğma meydanda “Brentford”u qəbul edib və 3 xalı 4 cavabsız qolla qazanıb. Beş qolun qeydə alındığı “Lids” - “Fulhem” matçında qonaqlar çətin qələbə qazanıb.
“Lester Siti” səfərdə “Vulverhempton”un qonağı olub və darmadağınla qələbə qazanıb. Səfərdə “Sauthempton”un qonağı olan “Arsenal” turu xal itkisi ilə başa vurub.
“Tottenhem” isə doğma meydanda “Nyukasl”ı qəbul edib və məğlubiyyətlə üzləşib.
İngiltərə Premyer Liqası
13-cü tur
22 oktyabr
Nottingem Forest – Liverpul 1:0
Qol: Avoniyi, 55.
Everton – Kristal Pelas 3:0
Qol: Kalvert-Levin, 11. Qordon, 63. Maknil, 84.
Mançester Siti – Brayton 3:1
Qol: Haland, 22; 43. De Bruyne, 75 – Trossar, 53.
Çelsi – Mançester Yunayted 1:1
Qol: Jorjinyo, 87 – Kazemiro, 90+4.
23 oktyabr
Aston Villa – Brentford 4:0
Qol: Beyli, 2. İnqs, 7; 14. Uotkins, 59.
Lids – Fulhem 2:3
Qol: Rodriqo, 20. Sammervill, 90+1 – Mitroviç, 26. Rid, 74. Villian, 83.
Sauthempton – Arsenal 1:1
Qol: Armstronq, 65 – Caka, 11.
Vulverhempton – Lester Siti 0:4
Qol: Tilemans, 8. Barnes, 19. Meddison, 65. Vardi, 79.
Tottenhem – Nyukasl 1:2
Qol: Keyn, 54 – Uilson, 31. Almiron, 40.