8 may 2026. Cümə

Çelsi və Liverpul uduzdu, Mançester Siti'dən qələbə


Çelsi və Liverpul uduzdu, Mançester Siti'dən qələbə

İngiltərə Premyer Liqasında 14-cü tura start verilib. Corner.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma baş tutub.

“Brentford” - “Vulverhempton” matçında qalib müəyyənləşməyib. “Fulhem” - “Everton” oyununda qapılara qol vurulmayıb. “Kristal Pelas” doğma meydanda “Sauthempton”u, “Nyukasl” isə “Aston Villa”nı məğlub yola salıb.

“Tottenhem” səfərdə “Bornmut” üzərində çətin qələbə qazanıbsa, Londonun digər təmsilçisi “Çelsi” “Brayton”la matçda darmadağınla üzləşib. Uğursuz mövsüm keçirən “Liverpul” da “Lids”lə ev oyununda məğlubiyyətə üzülüb. Son çempion “Mançester Siti” isə səfərdə “Lester Siti”nin qonağı olub və 3 xalı tək qolla qazanıb .

İngiltərə Premyer Liqası
14-cü tur
29 oktyabr

Lester Siti – Mançester Siti 0:1
Qol: De Bruyne, 49.

Bornmut – Tottenhem 2:3
Qol: Mur, 22; 49 – Sessenyon, 57. Deyvis, 73. Bentankur, 90+2.

Brentford – Vulverhempton 1:1
Qol: Mi, 50 – Neves, 52.

Brayton – Çelsi 4:1
Qol: Trossar, 5. Loftus-Çik, 14-öz qapısına. Çaloba, 42-öz qapısına. Qross, 90+2 – Haverts, 48.

Kristal Pelas – Sauthempton 1:0
Qol: Eduard, 38.

Nyukasl – Aston Villa 4:0
Qol: K.Uilson, 45+6-pen; 56. Joelinton, 59. Almiron, 67.

Fulhem – Everton 0:0

Liverpul – Lids 1:2
Qol: Salah, 14 – Rodriqo, 4. Sammervill, 89.







İngiltərə P.L.