23 mart 2026. Bazar ertəsi

Arsenal Çelsi'yə, Liverpul Tottenhem'ə qalib gəldi


Arsenal Çelsi'yə, Liverpul Tottenhem'ə qalib gəldi

İngiltərə Premyer Liqasında 15-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 5 qarşılaşma baş tutub.

Lider “Arsenal” səfərdə “Çelsi”nin qonağı olub və minimal hesabla qələbə qazanıb.

Səfərdə “Aston Villa”nın qonağı olan “Mançester Yunayted" məğlubiyyətə üzülüb. "Nyukasl" səfərdə "Sauthempton"a,  "Kristal Pelas" "Vest Hem"ə qalib gəlib.

“Liverpul” isə  səfərdə “Tottenhem”in qonağı olub və çətin qələbə qazanıb. 

15 turdan sonra 34 xala malik “Arsenal” vahid liderdir. “Mançester Siti” 32 xalla ikinci, “Nyukasl” isə 27 xalla üçüncüdür. “Tottenhem”in 26, “Mançester Yunayted”in 23, “Brayton”la “Çelsi”nin 21, “Liverpul”un isə 19 xalı var.

İngiltərə Premyer Liqası
15-ci tur
5 noyabr

Lids – Bornmut 4:3
Qol: Rodriqo, 3-pen. Qrinvud, 60. Kuper, 68. Sammervill, 84 – Tavernye, 7. Billinq, 19. Solanke, 48.

Mançester Siti – Fulhem 2:1
Qol: Alvares, 17. Haland, 90+5-pen – A.Pereyra, 28-pen.

Nottingem Forest – Brentford 2:2
Qol: Gibbs-Uayt, 20. Zanka, 90+6-öz qapısına – Mbeumo, 45+3. Vissa, 75.

Vulverhempton – Brayton 2:3
Qol: Qedes, 12. Neves, 35-pen – Lallana, 10. Mitoma, 44. Qross, 83.

Everton – Lester Siti 0:2
Qol: Tilemans, 45. Barnes, 86.

6 noyabr

Çelsi – Arsenal 0:1
Qol: Qabriel, 63.

Aston Villa – Mançester Yunayted 3:1
Qol: Beyli, 7. Din, 11. Remsi, 49 – Remsi, 45-öz qapısına.

Sauthempton – Nyukasl 1:4
Qol: Perro, 89 – Almiron, 35. Vud, 58. Uillok, 62. Gimaraeş, 90+1.

Vest Hem – Kristal Pelas 1:2
Qol: Benrahma, 20 – Zaha, 41. Olise, 90+4.

Tottenhem – Liverpul 1:2
Qol: Keyn, 70 – Salah, 11; 40.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər