8 may 2026. Cümə

Ceydon Sanço komandadan kənarlaşdırıldı


Ceydon Sanço komandadan kənarlaşdırıldı

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq futbolçu Ceydon Sançonu əsas komandadan kənarlaşdırıb.

Corner.az "Evening News"a istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis 22 yaşlı yarımmüdafiəçinin fiziki cəhətdən zəif olduğunu düşündüyü üçün  fərdi məşqlərə göndərib.

Qeyd edək ki, ingiltərəli oyunçu 2021-ci ilin yayında 85 milyon avro qarşılığında Almaniyanın "Borussiya" (Dortmund) klubundan "qırmızı şeytanlar"a keçib. O, 52 oyunda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







İngiltərə P.L.