2 fevral 2026. Bazar ertəsi

Premyer Liqa oyunlarında 1 dəqiqəlik sükut olacaq


Premyer Liqa oyunlarında 1 dəqiqəlik sükut olacaq
İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək 18-ci turunun bütün oyunlarında braziliyalı əfsanə mərhum futbolçu Pele yad olunacaq. Corner.az xəbər verir ki, bu barədə qərarı İngiltərə Premyer Liqasının rəhbərliyi verib.
 
Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, oyunların bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar.
 
Xatırladaq ki, Pele ötən gün 82 yaşında vəfat edib. 1940-cı il təvəllüdlü əfsanəvi futbolçu yeganə üçqat (1958, 1962, 1970-ci il) dünya çempionudur. O, Braziliya yığmasının heyətində 92 matç keçirib və 77 qol vurub. Əfsanəvi idmançı Beynəlxalq Futbol Federasiyasının versiyasına görə 20-ci əsrin ən yaxşı futbolçusu elan edilib.
 
Mərhum hücumçu Braziliyanın “Santos” (1956-1974-cü illər) və Amerikanın “Nyu-York Kosmos” (1975-1977) komandalarının heyətində çıxış edib. Pele karyerası ərzində vurduğu 1279 qolla “Ginnessin Rekordlar kitabı”na düşüb.






İngiltərə P.L.

Semenyo Adebayorun nailiyyətini təkrarladı
  • İngiltərə P.L.
  • 22:02 01.02.2026
Semenyo Adebayorun nailiyyətini təkrarladı
“Mançester Yunayted”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 20:07 01.02.2026
“Mançester Yunayted”dən çətin qələbə
“Heç vaxt onun səviyyəsində olmaram”
  • İngiltərə P.L.
  • 16:18 01.02.2026
“Heç vaxt onun səviyyəsində olmaram”
Salah Runiyə məxsus rekordu yenilədi
  • İngiltərə P.L.
  • 15:31 01.02.2026
Salah Runiyə məxsus rekordu yenilədi
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
  • İngiltərə P.L.
  • 02:04 01.02.2026
“Liverpul” evdə “Nyukasl"ı məğlub etdi
 “Çelsi”dən çətin qələbə
  • İngiltərə P.L.
  • 23:36 31.01.2026
“Çelsi”dən çətin qələbə