23 mart 2026. Bazar ertəsi

Tottenhem uduzdu, Çelsi xal itirdi


Tottenhem uduzdu, Çelsi xal itirdi

İngiltərə Premyer Liqasında 18-ci tura yekun vurulub. Corner.az xəbər verir ki, bu gün daha 2 qarşılaşma baş tutub.

“Tottenhem” doğma meydanda “Aston Villa” ilə qarşılaşıb və  gözlənilməz məğlubiyyətlə üzləşib. “Çelsi” isə səfərdə “Nottingem Forest”in qonağı olub və xal itkisi ilə üzləşib.

Hazırda 43 xala malik “Arsenal” vahid liderdir. İkinci olan “Mançester Siti”nin 36, üçüncü pillədəki “Nyukasl”ın 34 xalı var. “Mançester Yunayted” 32, “Tottenhem” 30, “Liverpul” 28, “Fulhem”lə “Çelsi” 25 xal toplayıb.

İngiltərə Premyer Liqası
18-ci tur
30 dekabr

Vest Hem – Brentford 0:2
Qol: Toni, 18. Dasilva, 43.

Liverpul – Lester Siti 2:1
Qol: Faes, 38-öz qapısına; 45-öz qapısına – Dyusberi-Holl, 4.

31 dekabr

Vulverhempton – Mançester Yunayted 0:1
Qol: Reşford, 76.

Bornmut – Kristal Pelas 0:2
Qol: Ayyu, 19. Eze, 36.

Fulhem – Sauthempton 2:1
Qol: Uord-Prouz, 32-öz qapısına. Palinya, 88 – Uord-Prouz, 56.

Mançester Siti – Everton 1:1
Qol: Haland, 24 – Qrey, 64.

Nyukasl – Lids 0:0

Brayton – Arsenal 2:4
Qol: Mitoma, 65. Ferquson, 77 – Saka, 2. Edeqor, 39. Nketia, 47. Martinelli, 71.

1 yanvar

Tottenhem – Aston Villa 0:2
Qol: Buendiya, 50. L.Duqlas, 73.

Nottingem Forest – Çelsi 1:1
Qol: Orye, 63 – Sterlinq, 16.







İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər