8 may 2026. Cümə

Bunu sonuncu dəfə Salah bacarmışdı


Bunu sonuncu dəfə Salah bacarmışdı
İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la səfər oyunu “Liverpul”un hücumçusu Aleks Oksleyd Çemberlen üçün əlamətdar olub. Corner.az xəbər verir ki, 1:3 hesablı məğlub olduqları görüşdə komandasının təsəlli qoluna məhz Çemberlen imza atıb.
 
Bu oyun onun “Liverpul”dakı 100-cü Premyer Liqa matçı kimi tarixə düşüb. Nəticədə Aleks İngiltərə çempionatındakı 100-cü oyununda qol vurmağı bacaran 8-ci oyunçu olub. 
 
Bu uğura son olaraq Məhəmməd Salah imza atmışdı. Misirli hücumçu buna 2020-ci ilin martında nail olmuşdu.
 
Xatırladaq ki, bu mövsüm “Liverpul”un heyətində cəmi 7 oyun keçirmiş Oksleyd Çemberlen, ilk qoluna imza atıb.






İngiltərə P.L.