23 mart 2026. Bazar ertəsi

Liverpul'da ciddi itki


Liverpul'da ciddi itki
İngiltərənin “Liverpul” klubu ciddi itki ilə üzləşib. Corner.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Vircil van Deyk sıradan çıxıb.
 
Niderlandlı futbolçu Premyer Liqanın 19-cu turu çərçivəsində keçirilmiş “Brentford”la oyunda zədələnib. Komandasının 1:3 hesabıyla uduzduğu səfər matçının ilk yarısında zədə alan 31 yaşlı futbolçu fasilədə məcburi əvəzlənməli olub.
 
Müayinələrdən sonra niderlandlı müdafiəçinin ombasından aldığı zədəyə görə bir neçə həftə oynamayacağı müəyyənləşib. Onun yaxın günlərdə əlavə müayinələrdən keçməsi gözlənilir.
 
Van Deyk bu mövsüm “Liverpul”un heyətində meydana çıxdığı 24 oyunda 2 qola imza atıb.






İngiltərə P.L.

“Tottenhem” evdə darmadağın oldu
  • İngiltərə P.L.
  • 20:26 22.03.2026
“Tottenhem” evdə darmadağın oldu
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
  • İngiltərə P.L.
  • 18:16 22.03.2026
"Nyukasl" evdə "Sanderlend"ə məğlub oldu
“Çelsi” baş məşqçini qova bilər
  • İngiltərə P.L.
  • 14:44 22.03.2026
“Çelsi” baş məşqçini qova bilər