8 may 2026. Cümə

Mançester Siti 63 illik rekordu təkrarladı


Mançester Siti 63 illik rekordu təkrarladı

“Mançester Siti” İngiltərə Premyer Liqasının 19-cu turunda “Çelsi”ni 1:0 hesabı ilə məğlub etməklə 63 illik rekordu təkrarlayıb.

Corner.az xəbər verir ki, “şəhərlilər” London klubuna ardıcıl 4-cü matçda qalib gələrək buna nail olub.

Pep Qvardiolanın yetirmələri “zadəganlar”ı ardıcıl 4 qarşılaşmada üstələyən ikinci komanda kimi tarixə düşüb. İlk dəfə 1958-1960-cı illər aralığında “Bolton” bu göstəriciyə imza atıb.

Qeyd edək ki, “Mançester Siti” bundan əvvəl İngiltərə Liqa Kubokunda (2:0) və Premyer Liqada (1:0, 1:0) “Çelsi”ni məğlub edib. Bu komandalar yanvarın 8-də İngiltərə Kubokunun III raundunda üz-üzə gələcəklər.







İngiltərə P.L.