8 may 2026. Cümə

Markuş Reşford 13 illik rekordu təkrarladı


Markuş Reşford 13 illik rekordu təkrarladı

“Mançester Yunayted”in futbolçusu Markus Reşford 13 illik rekordu təkrarlayıb.

Corner.az xəbər verir ki, 25 yaşlı hücumçu İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsində “Çarlton”la görüşdə buna nail olub.

Meydana əvəzetmədən daxil olaraq, komandasının 3:0 hesablı qələbəsində dubla imza atan ingilis futbolçu ardıcıl 8-ci ev matçında fərqlənməyi bacarıb. “Qırmızı şeytanlar”da bu göstəriciyə sonuncu dəfə 2010-cu ildə sabiq forvard Ueyn Runi imza atıb.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “Mançester Yunayted”in heyətində 24 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə verib.







İngiltərə P.L.