8 noyabr 2026. Bazar günü

Old Trafford'dakı hər oyun xüsusidir


Old Trafford'dakı hər oyun xüsusidir
“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan “Old Trafford” stadionundakı atmosferdən danışıb. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu bu arenada hər oyunun başqa bir hiss olduğunu bildirib. 
 
“Old Trafford”dakı hər oyun xüsusidir. Əla atmosferi olan stadiondur. Bu, heyranedicidir. “Mançester Siti” ilə oyunun sonunda azarkeşlərlə əlaqə hiss etdim. Biz həqiqətən qələbə qazanmaq və stadionumuzda böyük rəqiblərlə oyunlarda bunu sübut etmək istəyirik” – deyə, fransalı futbolçu klubun saytına bildirib.
 
Qeyd edək ki, Varan “Mançester Yunayted”ə 2021-ci ilin yayında Madrid “Real”ından keçib. Fransız futbolçu bu mövsüm bütün yarışlarda 15 oyunda meydana çıxıb. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.






İngiltərə P.L.

“Lids” evdə “Tottenhem”ə qalib gəldi
  • İngiltərə P.L.
  • 19:16 07.11.2026
“Lids” evdə “Tottenhem”ə qalib gəldi
“Hələ çox şey öyrənməliyəm”
  • İngiltərə P.L.
  • 23:53 06.11.2026
“Hələ çox şey öyrənməliyəm”